Qlikohemoqlobin (HbA1C)
Qlikohemoqlobin müayinəsi – şəkərli diabetin monitorinqi, nəzarəti üçün verilən bir müayinədir.
Qlikohemoqlobin – hemoqlobinin qlukoza ilə birləşməsidir,hansı ki, son üç ayda olan qlukozanın orta səviyyəsini göstərir
Qlikohemoqlobin- eritrositlərin yaşama müddəti zamanı (120 gün) meydana gələn hiperqlikemiyanı əks etdirir.Qanda qlukozanın səviyyəsi normaya düşdükdən 4-6 həftə sonra qlikohemoqlobinin səviyyəsi normallaşır. Şəkərli diabet xəstələrində bu birləşmənin səviyyəsi normadan 2-3 dəfə artıq ola bilər.
Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, şəkərli diabetə nəzarət etmək üçün ən dəqiq və zəruri test kimi tanınır. Şəkərli diabet xəstələrinə 3-4 aydan bir bu testi vermək tövsiyə olunur.
Diabetin müalicəsinə nəzarət etmək üçün qlikohemoqlobinin səviyyəsi 7% -dan aşağı olmalıdır, bu göstərici 8% -dan yuxarı olarsa terapiyaya yenidən nəzarət etmək tövsiyə olunur.
Əgər diabet olub olmadığınızı dəqiqləşdirmək istəyirsinizsə, o zaman aclıq-toxluq şəkəri ilə yanaşı, son 3 ayın qlükoza mənzərəsini həkim üçün açıq aşkar edəcək bu testdən də keçin. Əgər nəticə 7-dən yuxarıdırsa, deməli, diabet xəstəliyinbdən şübhələnmək lazımdır.
“KAMED” klinikasında qlukohemoqlobin analizi 16 manatdır.