Helikobakteri pilori

Helikobakter pilori
mədə-bağırsaq traktını zədələyən aqressiv bir bakteriyadır.Bu mikroorqanizmlər çoxlu miqdarda toksin ifraz edir və bu da daxili orqanların selikli qişasını zədələyir. Həmin zədələnmələr qastrit,duodenit, eroziyaya,xoralara və bunun da nəticəsində  xərçəngə gətirib çıxara bilər.Turş mühitdə daha yaxşı inkişaf edir.
Mədəyə düşmüş lat. H. pylori dərhal spiral forması sayəsində mədənin selikli qişasına sirayət edərək orada kaloniyalar törədir.H.pylori tərəfindən ifraz edilən fermentlər mədənin qoruyucu selik qişasını zədələmiş olurlar. Bu yolla qoruyucu təbəqədən məhrum olmuş selikli qişa mədə turşusunun və pepsinin aşılayıcı təsirinə məruz qalmış olur. Nəticədə həmin nahiyələrdə əvvəlcə kimyəvi yanıq, sonra isə iltihabi prosses meydana çıxmış olur.
Yoluxma ilk dövrlərdə simptomsuz keçir.Sonradan mədədə ağrı,gəyirmə,allergik reaksiyalar,nadir halda qusma və s. müşahidə olunur.
Diaqnostika metodlarından ən geniş yayılmışı qanda və ya nəcisdə Helikobateri pilorinin təyinidir.
Müalicəsi ixtisaslı həkim tərəfindən kompleks qaydada aparılmalıdır.