17 MAY Beynəlxalq Hipertoniya ilə Mübarizə günüdür

17 MAY Beynəlxalq Hipertoniya ilə Mübarizə günüdür

Arterial qan təzyiqi ürəkdən qovulan arterial qanın damar divarına göstərdiyi təzyiqdir. Bu təzyiq millimetr civə sütunu (mm. c.s.) ilə ölçülür və iki rəqəmlə göstərilir. Birinci rəqəm ürək yığıldığı anın göstəricisidir və sistolik təzyiq adlanır, ikinci isə ürək boşaldığı anın göstəricisidir və diastolik təzyiq adlanır.
Arterial hipertoniya və ya hipertenziya xəstəliyi diaqnozunun qoyulması üçün arterial təzyiqin davamlı olaraq yüksək olması tələb olunur.
Qan təzyiqinin yüksəlməsi böyük risk amilidir
Diaqnozun erkən qoyulması, effektiv müalicə və hipertoniyaya uzunmüddətli nəzarət sağlamlıq vəziyyətinin yaxşılaşmasına imkan verir.​
Düzgün diaqnuzun təyin edilməsi üçün müayinələrdən keçmək lazımdır.

Arterial təzyiq üçün normativ
✓ Optimal ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ <120/​ ​ <80 mm.civə süt.
✓ Normal​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 120-129/ 80-84 mm.civə süt.
✓ Yüksək normal​ ​ 130-139/ 84-89 mm.civə süt.
✓ I dərəcə​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 140-159/ 90-99 mm.civə süt.
✓ II dərəcə​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 160-179/ 100-109 mm.civə süt.
✓III dərəcə​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 180/​ ​ 110 mm.civə süt.
✓ Təcrid edilmiş
sistolik hipertenziya​ 140/​ ​ 90 mm.civə süt.

Arterial hipertoniya ürək xəstəlikləri və beyin insultu ilə ağırlaşa bilir.Yüksək arterial təzyiqi olan şəxslər ( hətta heç bir narahatçılıq olmasa belə) mütləq müayinə və müalicə olunmalıdırlar.
Müalicə rejim,dieta və dərman müalicəsindən ibarətdir.Müalicə kursu ixtisas həkimi tərəfindən aoarılır.
Öz-özünü müalicə yol verilməzdir.