Prolaktin

Prolaktin
Prolaktin hormonu “süd hormonu” olaraq bilinir. Lakin yalnız süd ifrazına deyil, eyni zamanda  aybaşı dövrü
funksiyasına da cavabdehdir.
Prolaktin hormonu adətən  psixiatrik problemlər, ovulyasiya problemləri, hamiləlik, əmizdirmə dövrü, cinsi istəksizlik, sümük rezorbsiyası -osteoparoz,sonsuzluq, ginekomastiya, menstruasiya pozğunluğu kimi problemlər olduğu zaman yoxlanılır.
Daha çox prolaktinin yüksək olması müşahidə olunur. Hamiləlik dövründə və doğuşdan sonra prolaktin hormonunun yüksəlməsi normal sayılır.Bəzi endokrin xəstəliklər (o cümlədən qalxanabənzər vəzi xəstəliklərində) ,böyrək çatmamazlığı,yuxusuzluq,stress,zəif qidalanma,bəzi dərman preparatlarının qəbulu qanda prolaktinin miqdarı arta bilər.
Müayinəsi laborator olaraq qanda yoxlanılır.Müayinə tam acqarına test edilməlidir.
Müalicəsi endokrinoloq tərəfindən aparılmalıdır.
“KAMED” klinikasında qanda Prolaktinin təyini 13 manatdır.