Dizbakterioz nədir?
Bağırsağımızda olan bakteriyalarin heç də hamısı zərərli deyil.Belə ki bağırsaqlarımızda yaşayaraq çoxalan bakteriyalar var ki, onlar bizim orqanizmlə birlikdə müştərək yaşayırlar (simbioz) .Onlar barığsaqda olan qidaları yeyib çoxalırlar həm də bizim üçün vacib olan maddələri sintez edirlər. (Məsələn B qrupu vitaminlər) .Bizə xeyirli olan bu bakteriyalar Bifidobasillər və laktobasillərdir.Bu infeksiyalar bağırsaqda müəyyən miqdarda olmalıdırlar.Hər hansı səbəbdən (zəhərlənmə, infeksion xəstəliklər, çoxlu dərman qəbulu, monoton qidalanma və s.) sayları azalarsa balans pozulur.Buna Dizbakterioz deyirlər.
Əsas əlamətləri:
✓ ishal (birbaşa qida qəbulundan sonra)
✓ qəbizlik
✓ qarında ağrı
✓ köp
✓ ümumi zəiflik
✓ halsızlıq
✓ iştahasızlıq
✓ daimi baş ağrıları
✓ əmək qabiliyyətinin aşağı düşməsi
Ana südü ilə qidalanmayan uşaqlarda da dizbakterioz daha tez yaranır.
Dizbakterioz uzun müddətə əmələ gələn patologiyadır.
Dizbakterioz ayrıca xəstəlik deyil.Hansısa xəstəliyin ağırlaşması sayılır.
Diaqnostikası:
Nəcisdə Dizbakterioz analizidir
Müalicəsi: ixtisaslaşmış həkim tərəfindən aparılır.
“KAMED” klinikasında nəcisdə dizbakterioz analizi 27 manatdır