Hiperhidroz (çox tərləmə)

Hiperhidroz (çox tərləmə)

Hərəki aktivlik,psixi-emisional yükləmə,ətraf mühitin yüksək temperaturu və digər səbəblərdən tərləmə baş verir ki,bu da normal hal hesab edilir.Lakin bəzən tərləmə normadan dəfələrlə artıq olur.
Aşırı tərləmə patologiya hesab edilir və Hiperhidroz adlanır.
Hiperhidroz ümumi (bütün bədən) və yerli (bədənin müəyyən sahələri) olur.

Səbəblər:
✓ sinir mənşəli
✓ endokrin pozuntular
✓ vitamin D çatmamazlığı
✓ böyrək xəstəlikləri
✓ ürək-damar xəstəlikləri
✓ bəzi dərman preparatlarının qəbulu

Müalicəsi dəri həkimi tərəfindən diaqnoz dəqiqləşdirildikdən sonra aparılır.