Sarılıq

Sarılıq – qanda bilirubinin miqdarının qalxması nəticəsində dəri və selikli qişaların rənginin sarı rəngdə olmasıdır.
Sarılıq ayrıca xəstəlik hesab olunmur,hansısa xəstəliyin klinik əlaməti kimi qəbul olunur.

Yeni doğulmuş körpələrdə ilk 6 gün ərzində sarılıq müşahidə olunur ki, bu da normal hal kimi qəbul olunur.
Əsas əlamətləri gözün,dərinin,selikli qişaların rənginin saralması,sidiyin rənginin tündləşməsi,(klinik formadan asılı olaraq) nəcisin rənginin ağarması,halsızlıq,iştahasızlıq,ürək bulanma və s.

Patoloji sarılığın 3 əmələ gəlmə səbəbi var:
✓ qaraciyər üstü
✓ qaraciyər
✓ qaraciyər altı

1. Qaraciyər üstü
Bu zaman sarılığın səbəbi qaraciyərdən asılı olmur.Əsasən qanın hər hansı səbəbdən parçalanması ( hemoliz ) nəticəsində baş verir.
Qanda ümumi bilirubinin miqdarı yüksəlir.Bilirubin fraksiyalarında birləşmiş bilirubin daha çox artmış olur.

2. Qaraciyər mənşəli sarılıq
Əsasən bir başa qaraciyər xəstəliklərinin əlaməti kimi üzə çıxır. ( Xüsusən virus hepatitləri,zəhərlənmələr,qaraciyərin alkoqol zədələnməsi və s. ) Diaqnostikasını dəqiqləşdirmək üçün qanda hepatit C,hepatit B,hepatit A,ALT,AST,QQT,bilirubin fraksiyaları test edilməlidir.Xüsusən qanda sərbəst bilirubinin miqdarı yüksəlir.

3. Qaraciyər altı
Öd yollarının hər hansı səbəbdən ( öd daşı,polip,xərçəng və s) tutulması nəticəsində öd axını pozulur,öd qana keçib sarılıq əmələ gətirir.Bu zaman da qanda sərbəst bilirubinin miqdarı artır.Daha dəqiq diaqnostikası qaraciyər-öd yollarının USM müayinəsidir.

Əgər özünüzdə bu əlamətlər olduğunu hesab edirsinizsə yubanmadan ixtisas həkiminə müraciyət etməlisiniz.