Dəmir

Dəmir
Dəmir elementi orqanizm üçün vacib mikroelementdir. Orqan və toxumalara oksigen daşınmasında iştirak edir.  Tənəffüsdə (hemoqlobin, mioqlobin) və bəzi fermentlərin ( katalazalar, mieloperoksidazalar)  yaranmasında müstəsna rolu vardır.
Orqanizmə dəmir qida ilə daxil olur, sorulma 12barmaq bağırsaqda baş verir.
Dəmirin bağırsaqdan sorulması zəiflədikdə və ya qanaxmalar zamanı orqanimzdə dəmir çatmazlığı yaranır.Bu zaman dəmir defisitli anemiya inkişaf edir ki,bu ilk  növbədə ürəyə və beyinə təsir edir.
Qanazlığının əlamətləri varsa yoxlanılan ən vacib laborator müayinələrdən qanda dəmirin təyinidir.
“KAMED” klinikasında qanda Dəmirin təyini 7 manatdır.