Kalsium
İnsan orqanizmində ən çox rast gəlinən mikroelementdir.
Kalsium orqanizmdə sümük və dişlərin möhkəmliyini təmin edir, sinir-əzələ oyanmasında iştirak edir, hüceyrə membranının keçiriciliyini tənzimləyir, qanın laxtalanmasında mühüm rol oynayır.
Kalsium azlığı əsasən sümük toxumasında özünü biruzə
verir.Belə ki,qanda kalsium azlığı olduqda uşaqlarda raxit xəstəliyi,yaşlı insanlarda sümüklər kövrəkliyi baş verir.Nəticədə yüngül zərbədən sınıq baş verə bilər.Bu kateqoriyadan olan şəxslər mütəmadi qanda kalsiumu test etmələri tövsiyə olunur.
Qadınlarda menopauzadan sonra qanda kalsium defisiti qeyd edildiyindən məsləhət görülür ki,40 yaşdan yuxarı qadınlar qanda kalsiumun miqdarına nəzarət etsinlər.
Qanda kalsiumun miqdarının dəyişməsi sümük toxumasından əlavə ürək-qan dövranı orqanlarında patologiya,gözdə katarakta,qıcolmalar,çox tərləmə kimi əlamətlər verə bilər.
Kalsiumun qanda miqdarı yaşa görə fərqlidir.
Analiz acqarına verilməlidir.
“KAMED” klinikasında qanda ümumi kalsium 6 AZN-dir.