Hemoqlobin fraksiyaları
(hemoqlobin elektrofarezi)
Qanın klinik analizində hemoqlobin kəmiyyətcə qeyd olunur.Bundan başqa hemoqlobinin morfoloji quruluşu da norma daxilində olmalıdır.
Bu hemoqlobinin fraksiyalarıdır. Normal halda Hb 3 fraksiyadan ibarətdir. (HbA, HbA2, HbF). Bunların miqdarının dəyişməsi irsi hemolitik anemiya olan talassemiya xəstəliyində baş verir.
Bəzən anormal hemoqlobin lər də əmələ gələ bilər. Məsələn, HbS əmələ gəldikdə-oraqhüceyrəli anemiya meydana çıxır.
Bəs hansı xəstəliklərdə hemoqlobinin fraksiyaları yoxlanılmalıdır?
✓ talassemiya
✓ oraqvari hüceyrə anemiyası
✓ hemolitik anemiya
✓ uşaqlarda inkişafdan qalma
✓ anadangəlmə hemoqlobin patologiyası
✓ sarılıq
Bu xəstəliklər Azərbaycanda çox sıx rast gəldiyinə görə Hb elektroforezi müayinəsi böyük əhəmiyyət kəsb edir.
Analiz verməzdən öncə azı 4 saat əvvəl qida qəbulu ,son bir sutka ərzində spirtli içki qəbulu olmamalıdır.
“KAMED” klinikasında Hb fraksiyalarının təyini 45 manatdır.