Sistit
Sistit sidik kisəsinin selikli qişasının iltihabıdır.
Gedişinə görə kəskin və xroniki olur.
Ümumi əlamətlər:
✓ tez-tez ağrılı sidik ifrazı
✓ kiçik hissələrdə sidik ifrazı
✓ sidik ifraz etmək üçün saxta çağırışlar
✓ qarın altındakı ağrı
✓ nadir hallarda sidikdə qan olur
✓ nadir hallarda bədən hərarətinin yüksəlməsi 37-37.5C
✓ xoşagəlməz qoxusu olan sidik
Sistitə səbəb olan risk faktorları:
Sidik ifrazını çətinləşdirən vəziyyətlər ( sidik yollarında daş, şiş, yad cisim və.s.), gigiyenik qaydalara riayət etməmək, şəkərli diabet, hamiləlik, yaşlılıq, bilərəkdən sidik ifrazını yubatmaq, menopauza, kişilərdə prostat, sidik kanalı xəstəlikləri.
Müayinə üçün ilkin olaraq sidiyin ümumi analizi və sidik çıxarıcı yolların USM müayinəsi.
Müalicəsi nefroloq tərəfindən aparılır.