Spermaqramma
Yeni ailə quran cütlüklər övlad sahibi ola bilmirlərsə mütləq müayinədən keçməlidirlər.İlkin olaraq kişi spermaqramma analizi verməlidir.Analizdən öncə 3 gün cinsi pəhriz gözlənməli,spirt qəbulu dayandırılmalıdır.
Spermaqramma analizini həkim-laborant mikroskop vasitəsi ilə klinik müayinə edir. Analizin dəqiqliyi həkim-laborantın bilik və təcrübəsindən,eləcə də mikroskopun geniş imkanlarından asılıdır.
Bu məqsədlə “KAMED” klinikasının laboratoriyasında tibbin ən son yeniliyi təchiz olunan Almaniyanın Human firmasının istehsalı olan Premium Humascope Led rəqəmsal monitorlu mikroskop ilə təchiz olunmuşdur.Bu mikroskop hal-hazırda ölkəmizdə ən mükəmməl cihaz hesab olaraq digər klinik müayinələr kimi spermaqrammanın müayinəsində də keyfiyyətli və dəqiq nəticə əldə etməyə imkan verir.Spermanın müayinəsində patoloji formaların müəyyən edilməsində bu cihaz əvəzsizdir.
Premium Humascope Led rəqəmsal monitorlu mikroskop haqda ətraflı məlumatı instagram və youtube səhifələrimizdən əldə edə bilərsiniz.
https://www.instagram.com/reel/CixknwAjIoW/?igshid=YmMyMTA2M2Y=