Biokimyəvi analizlər dedikdə qanda şəkər,revmotik sınaqlar, qaraciyər və böyrək sınaqları minerallar və s, nəzərdə tutulur.
Biokimyəvi analizlər orqan və toxumaların iş fəaliyyətini ( həm diaqnostik,həm müalicə məqsədi ilə ) qiymətləndirmək üçün biokimyəvi reaksiyalara əsaslanan analizlər toplusudur.Analizlərin nəticəsinin dəyərləndirilməsi yalnız əldə edilmiş göstəricilərə əsasən aparılmamalıdır.Həmçinin yaş,cins,boy,çəki,yanaşı xəstəliklər,qəbul etdiyi dərmanlar və s. nəzərə alınmaqla ixtisaslaşmış həkim tərəfindən aparılır.
Laborator analiz müalicə həkiminin növbəti hərəkət istiqamətini düzgün seçməsi üçündür.
Biokimyəvi testlər İsveçrənin ROCHE firmasının istehsalı olan COBAS c111 Avtomatik, Biokimyəvi analizatoru ilə aparılmışdır.Qeyd edilən normativlər ROCHE firmasının Beynəlxalq Sistemlə standartlaşdırılmış təlimatınlarına əsaslanır.