Arterial hipertenziya
Arterial hipertenziya– arterial təzyiqin (AT) 140/90 mm.c.sütunundan yuxarı qalxmasına deyilir.
Arterial hipertenziya birincili və ikincili olur. Birincili arterial hipertenziya – Hipertoniya xəstəliyi ayrıca bir xəstəlik olub əsas və aparıcı əlaməti AT-in qalxmasıdır.İkincili arterial hipertenziya simptomatik hipertoniya adlanır və bu zaman arterial hipertenziya başqa xəstəliklər nəticəsində əmələ gəlir.
İkincili hipertoniyaya aiddir: ✓ Sinir xəstəlikləri
✓ Böyrək xəstəlikləri
✓ Endokrin xəstəlikləri
✓ Ürək qan dövranı xəstəlikləri zamanı müşahidə olunan yüksək arterial təzyiq. Risk faktorları:
• Duzlu və yağlı qidaların qəbulu
• Qida rasionunda meyvə və tərəvəzlərin az olması və ya olmaması
• Alkoqoldan istifadə
• Fiziki aktivliyin az olması və ya oturaq həyat tərzi
• Həddindən çox stresli həyat tərzi
• Tütünçəkmə
• Şəkərli diabet
• Qanda xolesterinin yüksək səviyyəsi • Artıq çəki və piylənmə Arterial hipertoniyanın təsnifatı:
Sistolik, mm diastolik,mm
Normal 90–119 60–79
Yüksək nor120–139 80–89
1-ci mərh 140–159 90–99
2-ci mərh 160–179 100–109
3-cü mərh ≥180 ≥110
Arterial təzyiqin qalxması aşkar edildikdə minimum aparılması vacib olan müayinə üsulları aşağıdakılardır:
✓ Elektrokardioqramma (EKQ)
✓ Sidiyin ümumi analizi
✓ Laxtalanma sistemi
✓ Xolesterin
✓ Kalium
✓ Kreatinin və sidik cövhəri