Alfa-feto protein (AFP)
AFP qaraciyər və xayaların onkoloji xəstəliklərində və ginekologiyada test edilir.
Ginekologiyada hamiləlik zamanı dölün vəziyyətinin monitorinqi üçün istifadə olunur.Belə ki,hamilə qadının qanında AFP-nin təyini döldə ola biləcək xromosom anomaliyalarının aşkar olunmasında skrininq test kimi istifadə olunur. Hamiləliyin 16-18-ci həftələr arasında keçirilməsi daha uyğundur. Üçlü və dördlü testdə ölçülən hormonlardan biri də AFP-dir. Hamiləlikdə AFP-nin ölçülməsi bütün hamilələrdə aparılmalıdır.
Onkologiyada qaraciyərin birincili xərçənginin onkomarkeridir.
Yetkin şəxslərdə AFP adətən xroniki hepatitdən, hepatosellülar karninoma və herminativ hüceyrələrin bədxassəli törəməsi zamanı siqnal verə bilər.
Kişilərdə xüsusən yetkin yaşda olanlarda AFP-nin XQ analizi ilə birgə yoxlanması xayaların bəd xassəli şişinin differensasiysaında əhəmiyyət daşıyır.
Kriptorxizm (xayanın birini qarın boşluğuna girməsi) zamanı xayanın şişinə çevrilmə ehtimalı olduğundan AFP test edilməlidir.
AFP-nin anormal dərəcədə yüksək və ya aşağı səviyyədə olması bu problemlərdən birinə və ya bir neçəsinə siqnal verə bilər.