Yaxmanın mikroskopiyası
( uro-genital yaxma )
Qadınlarda uşaqlıq yolundan,kişilərdə sidik kanalından götürülür. Yaxmanın müayinəsi ümumi mikrofloranın qiymətləndirilməsi, iltihab prosesinin və atipik hüceyrələrin aşkar olunması , kandidozun, trixomoniazın, qonoreyanın diaqnostikası üçün aparılır.
Yaxmanın mikroskopiyasının kişilərdə və qadınlarda götürülmə qaydası fərqlidir.Qadınlarda yaxma uşaqlıq yolundan götürülür ( daha yaxşı olar ki, 3 yerdən – uretra,uşaqlıq yolu və uşaqlıq boynundan götürülsün ).Bu müayinəyə gələn qadınlar yuyunmamalı və heç bir tampon və şamlardan istifadə etməmiş müayinəyə gəlməlidirlər.
Kişilərlər müayinəyə gəlməmiş azı 2-3 saat öncədən sidiyə getməməki,cinsi əlaqədə olmalaıdırlar.
Yaxmanın mikroskopiyası hansı səbəbdən yoxlanmalıdır?
✓ Kişilərdə sidik kanalından,qadınlarda uşaqlıq yolundan möhtəviyyat axdıqda,
✓ genital nahiyyədə qaşınma,
✓ kəskin qoxu
✓ ağrı hissi,
✓ cinsi zəiflik,
✓ ağrılı cinsi əlaqə
Bu tipdə olan şikayətlər xüsusən təsadüfi cinsi əlaqədən 1-3 gün sonra baş verir.Lakin həmişə zöhrəvi xəstəlik nəticəsində olmaya da bilər.Belə ki,orqanizmin immun sisteminin kəskin zəifləməsi nəticəsində də ( yaş paltarda uzun müddət qalma,kondisioner qarşısında uzun müddət qalma,qidalanmanın zəif olması və s ) eyni əlamətlər rast gəlinir.
Müalicəsi mütləq həkim- mütəxəssis tərəfindən aparılmalıdır.Özü-özünü müalicə etmək yol verilməzdir!
“KAMED” klinikasında müayinədən keçdikdə pasientin istəyi ilə kimliyi gizli saxlanılır.Anonimlik tam qorunur.
Kişi yaxması 11 manat
Qadın yaxması 14 manat