Orqanizm üçün ən vacib vitaminlərdən biri də D vitaminidir. Son illərdə D vitamin ən önəmli vitamin kimi təqdim olunur. Xüsusilə də immunitetin güclü olması üçün məhz D vitamininin normada olmasının vacibliyi vurğulanır. Amma müasir dövrdə insanların bir çoxunda bu vitaminin çatışmadığı məlum olur. D vitami çatıçmazlığı isə orqanizmdə bir çox problemlərin yaranmasına səbəb olur.
Optimal olaraq Vitamin D-nin qanda səviyyəsi 30-70 nanoqram milli/litr olaraq qəbul olunmaqdadır. Qış aylarında müraciət edən xəstələrin, demək olar ki, hamısında Vitamin D-nin səviyyəsi aşağıdır. Daxil olan xəstələrin əksəriyyətinə Vitamin D yazılmaqdadır.
Analiz yaxşı olar ki, sabah saatlarında ac olaraq verilsin. Vitamin D-nin səviyyəsinin 150 nanoqram/ml-dən yüksək olması isə Vitamin D zəhərlənməsi və ya intoksikasiyası anlamına gəlir. Bu, adətən, xəstələrin özbaşına Vitamin D pereparatlarının qəbulu ilə əlaqədar olan hallarda baş verir.
Qanda Vitamin D-nin təyini 28 manatdır.