Spermarqamma

Ölvad sahibi olmayan ailələrdə əsas səbəb kimi kişi faktoru 40% təşkil edir.
Kişilərin diaqnostikasında əsas üsul  spermoqrammadır.
Bu analiz, spermatozoidlərin yumurtahüceyrəni mayalandırmağa nə qədər qadir olduğunu göstərir.

Analizin verilmə zamanı əməl olunmalı əsas şərtlər:
✓ Spermoqrammaya hazırlıq 3 günlük (bir həftədən çox olmayan) cinsi pəhriz tələb edir.
✓ Spermoqrammadan 4 gün əvvəl spirtli içkilərin, o cümlədən pivənin qəbulu dayandırılmalıdır.
✓ Son antibiotiklərin qəbulundan ən azı iki həftə keçməlidir.
✓ Hər hansı infeksion xəstəlik varsa,analizə gəlməmək məsləhətdir.

Spermaqramma analizi həm laboratoriyada həm də ev şəraitində götürülə bilər.Laborator şəraitdə götürülməsi daha məqsədə uyğundur.Ev şəraitində götürüldükdə material yığılandan yarım saatdan gec olmayaraq laboratoriyaya çatdırılmalıdır. Bu vaxt ərzində o bədən hərarətinə yaxın temperaturda qalmalıdır. Xüsusi konteynerdən – termostatdan istifadə etmək daha məqsədəuyğundur. Amma material olan qabı qoltuqalti çuxurda yerləşdirərək, bədənin təbii temperaturundan da istifadə etmək olar.

Spermaqramma analizinin qiyməti 13 manatdır və analiz laboratoriyaya təhvil verildikdən bir neçə saat sonra nəticələr hazır olur.