ƏZİZ HƏMVƏTƏNLİLƏRİM!

“Kamed Diaqnostika Mərkəzi”nin yaranması- “İnsanlara keyfiyyətli tibbi xidmət göstərmək ” ideyası üzərinə düşünülmüş layihənin reallaşması üçün yaranmış şərait və imkanın üst-üstə düşməsindən ibarət  olmuşdur.
Vətəndaşlarımızın keyfiyyətli, lakin maddi olaraq daha əlçatan qiymətlərlə tibbi xidmətlərdən yararlanması üçün mümkün bütün vasitələrlə məqsədə doğru çalışdıq və gələcəkdə böyük bir mərkəzə çevrilməkdə iddialı olan klinikanın təməlini qoyduq. Sağlamlıq standartlarını əsas məqsəd tutaraq dürüstlük, keyfiyyətli tibbi təminat və xəstə məmnuniyyəti amalımız olaraq dəyişməyəcək.
Fəaliyyət göstərdiyimiz sahələrin hər birində peşəkar həkim, təcrübəli tibbi  işçi heyəti ilə, həmçinin laborator analizlərimizin dəqiqliyi, istifadəyə verilən ən son model cihaz və avadanlıqlarla xidmət göstərməyimizin qürurunu yaşayırıq. Klinikamız bundan sonrakı fəaliyyəti dövründə də böyüməyə, yenilənməyə və yeni xidmət sahələrini tətbiq etməyə davam edəcək.
“Kamed Diaqnostika Mərkəzi” olaraq daima yanınızdayıq! Çünki sağlamlığınız bizim üçün dəyərlidir!