Tibb dünyasında belə bir deyim var “Laboratoryanı göstər necə klinika olduğunu deyim”. Hər bir klinikanın döyünən ürəyi onun laboratoriyasıdır. Bu məqama çox həssas yanaşan klinikamız laboratoriya şöbəsinə xüsusi diqqət yetirmişdir. Belə ki, Laboratoriyamız – 20 ildən artıq bu sahə üzrə təcrübəyə sahib, həkim –laborant Qoca Məmmədovun rəhbərliyi altında fəaliyyət göstərir. Laboratoriyamızda işlədilən həm analizatorlar, həm də reaktivlər inkişaf etmiş avropa dövlətlərinin istehsalıdır. Həmçinin farmokologiya və diaqnostika üzrə dünya lideri olan İsveçrənin məhşur Hoffman La Roche firmasının Cobas c 111 biokimyəvi analizatoru və Cobas e 411 tam avtomat robot analizatoru ilə təchiz edilmişdir. Bu cəhətdən Klinikamız Sumqayıt şəhərində bir ilkə imza atmışdır. Laborator analizlərin işlənməsində istifadə olunan reaktivlər də İsveçrənin ROCHE firmasının və Almaniyanın Human firmasının istehsalıdır.
-
Klinik analizlər
-
Bakteriologiya
-
Autoimmun markerlər
-
Onkoloji markerlər
-
Biokimyəvi analizlər
-
İnfeksiyalar
-
TORCH infeksiyalar
-
Histologiya
-
Hepatitlər
-
Koaquloqramma
-
PZR
-
Qeyri-orqanik maddələr
-
Vitaminlər
-
Digər analizlər