Nevrologiya — (yun. neuron – damar və logos – elm ) Sinir sistemi və onun xəstəliklərindən bəhs edən elm mənasını verir.
Nevrologiya mərkəzi və periferik sinir sisteminin xəstəlikləri ilə məşğul olan kliniki tibbi sahədir. Insan yaşlandıqca onun nevroloji xəstəliklərə tutulma ehtimalı artır, lakin müasir gənclər də sinir sistemi xəstəliklərinə kifayət qədər tez-tez məruz qalırlar.
Nevroloji xəstəliklərə nevritlər, polimiozitlər, işemik və hemorragik insultlar və insult nəticəsində baş verən ifliclər, miqren, osteoxondrozlar, epilepsiya, Alshaymer xəstəliyi, qocalıq ağıl zəifliyi, posttravmatik hallar radikulutlər kimi çox yayılmış xəstəliklər aiddir ki, Demək olar ki, hər bir insan bunlardan hansısa birindən əziyyət çəkir.
Kamed klinikasinda təcrübəli həkimlərimiz sizə bu xəstəliklərə qarşı kompleks müalicə, eyni zamanda profilaktik müayinə proqlamları təklif edir. Vaxtinda aparilmış profilaktik müayinə, müalicə, lazım olarsa həyat tərzinin dəyişməsi, zərərli adətlərdən imtina kimi tədbirlərlə ölüm və əlilliklə nəticələnən işemik insultun qarşısını almaq mümkündür.