Endokrin sistem-in quruluşu, funksiyaları, xəstəlikləri bu xəstəliklərin yaranma mexanizmləri, profilaktika diaqnostika və müalicəsi ilə məşğul olan klinik sahədir.
Endokrin sistemi orqanlarında sintez olunan hormonlar orqanizmin demək olar ki, bütün həyatı vacib proseslərinə rəhbərlik edən bioloji aktiv maddələrdir.
Boy, çəki, cinsi yetişkənlik, nəsilartırma (reproduksiya) funksiyası və bütün orqan və sistemlərin birgə fəaliyyətinin keyfiyyəti, qandakı və ya digər hormonların miqdarı ilə təyin olunur. Hipertireoz, akromeqaliya, şəkərli diabet və piylənmə, osteoporoz, və erkən menopauza, diffuz toksik zob, hipotalamik sindrom və endokrin mənşəli sonsuzluq və s. kimi problemlərlə peşakar endokrinoloqlarımız.məşğul olurlar. Müalicə kliniki situasiyadan asılı olaraq, pəhrizdən, konservativ cərrahi, neyrocərrahi və ömür boyu davam edəcək əvəzləyici hormon terapiyadan ibarət ola bilər.
Kamed diaqnostik mərkəzində endokrinologiya şöbəsi, aşağıdakı müayinə və müalicələri həyata keçirir.
Şəkərli diabet
Gizli şəkər
Hamiləlik və diabet
Şəkərli diabet, təxirəsalinmaz hallar
Çəkisi artıq olan uşaqlar
Hipofiz vəzi və onun xəstəlikləri
Böyrək üstü vəz və xətəlikləri
Qalxanvari vəz və onun xəstəlikləri
Artıq çəki və piylənmə
Osteoporoz
Mikrokristallik artritler
Mastopatiya