Həkimin təyinatına əsasən əzələdaxili və dərialtı inyeksiyaları klinikadan çıxmadan yerinə yetirə bilərsiniz. Tibbi prosedur qaydalarına görə vena daxili inyeksiya və infuziyalar yalnız tibb əyinatı olan mərkəzlərdə həyata keçirilə bilər. Klinikamız bu cəhətdən də sizin xidmətinizdədir.
Covid-19 pandemiyası dövründə klinikamızın məsuliyyəti daha artmışdır. Sanitar-epidemioloji tələblərə tam riayət etməklə ( mütəmadi dezinfeksiya işləri aparmaq, tibbi maska ilə bütün pasientlərin təmin etmək, əllərin və səhtlərin dezinfeksiyasına xüsusi diqqət yetirmək, ara məsafənin gözlənilməsinə ciddi nəzarət etmək) fəaliyyət göstərən klinikamız çətin dövrdə də əhalimizi tibbi xidmətlərlə təmin etdi. Təsadüfi deyil ki, Gigiyena qaydalarına tam əməl edən klinikamızın hec bir tibbi heyəti arasında yoluxma halı qeydə alınmadı.
Bundan başqa iki həkimimiz: Abdullayev Vüsal,Salmanova Ülviyyə xanım və Məmmədov Şahin həkim sağlamlığlarını risk altına alaraq Covid-19 ilə mübarizəyə qoşuldular.