Rentgen şüaları– Vilhelm Rentgen tərəfindən kəşf edilmiş (1895) və X-şüaları (İks şuaları) adlandırılmışdır. Elektromaqnit dalğalarının şkalasında spektrin qamma şüalanma ilə ultrabənövşəyi şüalanma arasındakı dalğalar diapazonunda yerləşir. Günəş və digər kosmik obyektlər Rentgen şüalarının təbii mənbələridir.
Rentgen şüaları metallardan, qeyri-metaldan, üzvi maddələrdən keçə bilir. Bu səbəbdən rentgen şüaları tibbdə, texnikada istifadə olunur. Rentgen şüaları atomun, molekulun, kristalların qurluşunu öyrənməyə imkan verir.
İnstrumental Diaqnostika (rentgen müayinə) müxtəlif orqanların rentgenoqrafiyasını bir proyeksiyada və iki proyeksiyada eləməyə imkan verir
Rentgen müayinəsi günümüz tibbdə çox vacib bir sahə halına gəlmişdir.
Ultrasəs aparatının iş prinsipi – səs dalğalarının fərqli toxuma və orqanlardan fərqli şəkildə əks olunma xüsusiyyətinə dayanır. Bu səs dalğaları yüksək frekanslı və insan qulağının eşitməyəcəyi səs dalğalarıdır.
Ultrasəs müayinə (USM) səs dalğalarından faydalanaraq daxili orqanların görüntüləmə üsuludur. Son illər ərzində, Ultrasəs müayinəsi əvəzolunmaz bir müayinə olaraq tibbə daxil olmuş və orqanizmə zərərsiz olduğunu təsdiqləmişdir. Daha informativ və praktiki cəhətdən zərərsiz olan bu metod qarın boşluğu orqanlarının, böyrəklərin, kiçik çanaq orqanlarının, qalxanabənzər vəzinin, ürəyin, damarların və s. orqanların müayinəsində geniş istifadə edilir.
Hamiləliyin gedişini izləmək üçün bu metod əvəzedilməzdir. Ultrasəs müayinə yalnız hamiləliyin mövcudluğunu müəyyən etmək deyil, həmçinin embrionun inkişafını müşahidə etmək, donmuş hamiləliyi, uşaqlıq xaricində hamiləliyi vaxtında aşkar etmək, dölün xromosom patologiyasının mövcudluğundan şübhələnmək imkanını verir.
Doppleroqrafiya Doppler effektinə əsaslanan müayinə üsuludur. Doppler ultrasəs yeni nəsil ultrasəs cihazlarında aparılır. Bu zaman vücuda göndərilən səs dalğaları damarlarda hərəkət edən qan hüceyrələrinə dəyib qayıtdıqda əldə edilən axın formalarının köməyi ilə qan axınının hemodinamik göstəriciləri təyin oluna bilə. Hamiləlik vaxtı doppleroqrafiya vasitəsilə dölün qan dövranı, habelə cift və göbək ciyəsi və s. barəsində dəqiq, ətraflı informasiya almaq olar.
Kamed Diaqnostika Mərkəzində ən son avadanlıqlarla qeyd olunan Rentgen, Ultrasəs müayinə (USM) və Doppler müayinələri uğurla həyata keçirilir!