Dermatologiya (yunan sözü olub “derma” – dəri, “logos” – öyrənmək deməkdir) — dərinin struktur quruluşu və funksiyalarını normada və hər hansı bir patalogiya zamanı müəyyən edərək, dəri xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan bir sahədir.

Dəri xəstəliklərinin əmələ gəlmə səbəbləri müxtəlifdir. Dəri həmişə xarici mühit faktorlarının təsirinə məruz qalır (bakteriyalar, viruslar, ibtidailər, göbələklər və s.). Digər tərəfdən dəri daxili orqanlarla da sıx əlaqədədir. Buna görə də daxili orqanların hər hansı bir xəstəliyi dəriyə də təsir göstərə bilər.

Kütləvi araşdırmalar dəri xəstəliklərinin daha da çox yayılmasını göstərir. Əhalinin çoxu dermatozlardan əziyyət çəkir, lakin müalicəyə ehtiyacı olan xəstələrdən, 10%-dən azı həkimə müraciət edir. Dəri əlamətləri bir çox daxili xəstəliklərdə olur. Bəzi dəri xəstəlikləri isə, əksinə, başqa orqanların zədələnməsi ilə əlaqədar deyil, lakin adi həyat tərzi aparmağa, idmanla məşğul olmağa imkan vermir, ünsiyyət dairəsini məhdudlaşdırır, bəzən də işləmək imkanından məhrum edir.

Dermatoloji xəstələrin şikayətləri

  • Qaşınma

  • Göynəmə(yandırma)

  • Ağrı,sancılar

  • Dəridə müxtəlif səpkilərin yaranması,

Dəri xəstəliklərinin kliniki əlamətlərini bir neçə qrupa ayırmaq olar:

  • Bütövlükdə orqanizm tərəfindən meydana çıxan simptomlar (bədən temperaturunun yüksəlməsi, ümumi zəiflik və s.)

  • Subyektiv dəri əlamətləri (dərinin həssaslığının artması və ya azalması, qaşınma, dartılma, avazıma, ağrı və s.)