Terapiya (therapeia) – yunan sözüdür, qulluq etmə, müalicə etmə deməkdir.

Terapevt daxili orqanların diaqnostika, müalicə və profilaktikası ilə məşqul olan həkimdir.

Terapevtə nə vaxt müraciət olunur?

– əgər səhhətinizlə əlaqədar hər hansı bir şikayət əmələ gəlibsə
– hansı mütəxəssisə müraciət etməli olduğunuza əmin deyilsinizsə
– müstəqil analiz vermisinizsə və nəticələri şəhr etmək lazımdırsa

Terapevt pasientin müraciət etməli olduğu ilk həkimdir. Terapevtin qəbulunda nə baş verir

-Anamnez (xəstəliyin tarixi, pasientin həyat tərzi, irsiyyəti, keçirdiyi xəstəliklər, allergik reaksiyaların olması) yani məlumat toplamalıdır.
-Baxış keçirir (pasientin halını qiymətləndirir, dəri örtükləri və selikli qişalarını nəzərdən keçirir, nəbz və arterial təzyiqi ölçür, ürəyə və ağ ciyərlərə qulaq asır, qarın boşluğunu əli ilə yoxlayır)
-Lazım gəldikdə əlavə müayinələr (laborator, rentgenoloji, ultrasəs, endoskopik, elektrofizioloji və s.) təyin edir.
-Nəticədə diaqnozu müəyyənləşdirərək müalicə təyin edir və lazımi tibbi sənədləşmə aparır.

Kamed klinikası sizləri hər bir müayinə və müalicələrdən ən münasib qiymətlərlə yararlanmağa dəvət edir.